www.kocurge.com

yazılımın ilk atdımları 2005 də atıldı. ilk nüsxəsi mənim öyrəncilik zamanımda bir çox yoldaşların yardımı ilə 2006 da yayıldı. ilk nüsxədə latin əlifbasından ərəb əlifbasına köçürə bildik, elə bu əsasda yazılımın adın köçür adlandırdıq. yazılımın yayınlanması bilim yurdlular və alimlərimiz tərəfindən çox yuxarı səviyə də alqışlandı. elə onların bir neçəsinin önərləri əsasında yazılımın daha iki nüsxəsi də çox geçmədən yayınlandı. istəklər əsasında çalışmaları artırdıq və 2009 ilində yeni bir nüsxə yaradıldı, bu nüsxə də dilimiz də olan bütün yazıları çeşitli əlifbalarda, bir birlərinə köçürmək imkanı var. Belə ki Kiril dən Latinə, Latindən Ərəbə və Ərəbdən Latinə rahatlıqla köçürə bilərsiniz. 2010 da bir yeniliyə daha atdım atırıq, keçmiş nüsxələrin hamısı Windows yazılımlarından idi, ama bu kəz veb(web) də köçürmək imkanız olacaq. Habelə bir çox dostların önərlərinə dayanaraq, yazılımın adın köçürgə etdik